Modern.az

Yerevanda Sərkisyan alçaq, Ermənistan nökər adlandırıldı

Yerevanda Sərkisyan alçaq, Ermənistan nökər adlandırıldı

4 Dekabr 2013, 12:25


“Ermənistan təhkimçi və nökər dövlətə çevrilib”. Modern.az erməni  KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Milli Müqəddərat İttifaqı Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyan deyib. O Ermənistanın Gömrük İttifaqına qoşulmasına münasibət bildirərkən qeyd edib ki, Rusiya rəsmi Yerevanı təbii qazla şirnikləndirir.

“Halbuki biz, İrandan təbii qazın verilməsi ilə bağlı sərfəli təklif almışdıq”-deyə P.Ayrikyan bildirib. Onun sözlərinə görə Ermənistanın Gömrük İttifaqına qoşulması yanlış addım idi. Partiya lideri rəsmi Yerevanın Rusiya yolunu seçməsini alçaq hərəkət adlandırıb.

“Gömrük İttifaqına qoşulmaq xalqımızın tarixində ən alçaq hərəkət idi. Rusiya ilə münasibətləri yalnız Türkiyə və İndoneziya ilə əlaqələr səviyyəsində saxlamaq lazım idi”-deyə Ermənistanın Gömrük İttifaqına qoşulmasını pisləyib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İran Netanyahunun evini VURDU