Modern.az

Türkiyədə yaşamaq üçün nə qədər pul lazımdır?

Türkiyədə yaşamaq üçün nə qədər pul lazımdır?

İqtisadiyyat

30 Avqust 2024, 09:44

TÜRK-İŞ - Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası  “Aclıq və Yoxsulluq Həddinə Nəzarət” üzrə  üzrə  2024-cü ilin avqust ayı üçün qiymətləndirmələrin nəticələrini açıqlayıb.

Modern.az təşkilatın araşdırmalarına istinadən xəbər verir ki, Türkiyədə  4 nəfərlik bir ailənin sağlam, tarazlı və minimal qidalanması üçün “aclıq həddi” 19 min 271 lirə (962 manat) olub.

Qida, geyim, mənzil, nəqliyyat, təhsil, səhiyyə və bu kimi ehtiyaclar üçün digər məcburi xərclər də əlavə olunduqda “yoxsulluq həddi” 62 min 772 lirə (3132 manat) hesablanıb.

Araşdırmaya görə işləyən bir nəfərin aylıq yaşayış minimum ayda 24 min 962 lirə (1245 manat) olaraq müəyyən edilib.

Qeyd olunur ki, ilin əvvəlindən indiyədək paytaxt Ankarada 4 nəfərlik bir ailənin yemək üçün minimum xərcləri 34 faiz, son 1 ildə isə 78 faiz artıb.

Qeyd edək ki, Türk Həmkarlar İttifaqları Konfederasiyasının “Aclıq və Yoxsulluq Həddinə Nəzarət” üzrə qiymətləndirmələri  işçilərin həyat şəraitini üzə çıxarmaq və əsas tələbat mallarında qiymət dəyişikliklərinin ailə büdcəsinə təsirini müəyyən etmək məqsədilə hər ay açıqlanır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI