Modern.az

Rusiyada jurnalistə hökm oxundu - 8 il

Rusiyada jurnalistə hökm oxundu - 8 il

Dünya

30 Avqust 2024, 10:33

Rusiyanın Altay bölgəsində "Listok" qəzetinin naşiri Sergey Mixaylov ordu haqqında "feyklərə" görə 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Altay Şəhər Məhkəməsi qərar verib.

 

İttiham tərəfi 9 il istəyib. Mixaylov həmçinin 4 il müddətinə jurnalist və nəşriyyat fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. O, özünü təqsirli bilməyib.

 

Mixaylov 2022-ci ilin aprelində həbs edilib. Ona qarşı işin açılmasına səbəb “Listok”un saytında Ukraynada - Buçada mülki əhalinin qətli ilə bağlı nəşrlər və teleqram kanalında Mariupolda xəstəxana və dram teatrının atəşə tutulmasından bəhs edən yazılar olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu