Modern.az

Rusiyalı səfir Bakı və İrəvan arasındakı danışıqları şərh etdi

Rusiyalı səfir Bakı və İrəvan arasındakı danışıqları şərh etdi

30 Avqust 2024, 14:36

Bakı və İrəvan arasında sülhə dair danışıqlar Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olmalıdır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “Ria Novosti”  agentliyinə müsahibəsində bildirib.

“İki tərəf (Bakı və İrəvan) arasında danışıqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusuna uyğun olması vacibdir. Biz gələcək sazişlə bağlı razılaşmadan əvvəl nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulması haqqında danışırıq”, - deyə rusiyalı diplomat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI