Mərkəzi Bank tərəfindən “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.
Modern.az Mərkəzi Banka istinadən məlumat verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi işləri çərçivəsində “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Bununla da Azərbaycanda elektron pul xidməti göstərən təşkilatların sayı 9-a çatıb.
Şirkətin adı |
Əmtəə nişanı |
“A-Solutions Elektron Pul Təşkilatı” MMC
|
“Akart” |
“United Payment” MMC |
"United Payment" |
“Modenis” MMC |
"eManat" |
“PashaPay” MMC |
"m10" |
"Mobile Payment Solutions" MMC |
"Portmanat" |
"Mpay" QSC |
"Mpay" |
"Paysis" MMC |
"EPUL onlayn ödəniş portalı" |
"PulPal" MMC |
"PulPal" |
"Qoldenpey" ASC |
"hesab.az" "GoldenPay" |
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən elektron pul təşkilatı ödəniş xidmətləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Elektron pul təşkilatı – Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.
Elektron pul təşkilatları tərəfindən aşağıdakı növ ödəniş xidmətləri göstərilə bilər: