Yanacaq bahalaşdıqdan sonra sürücülərin günlük planı 10-15 manat aşağı endirilib. Modern.az əməkdaşının sürücülər arasında keçirdiyi mini-sorğu bunu deməyə əsas verir. Rəyi soruşulan sürürcülər qiymət bahalaşanadək 110-120 manat ödədikləri halda, indi 100 manat günlük plan ödədiklərini bildirdilər. Bu göstərici təkcə şəhərdaxili deyil, həm də şəhərətrafı marşrut avtobuslarında yaranmış durumdur. Gündəlik yanacaq məsrəfi də 20 manat artaraq 70 manata çatıb.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.
Gülşən Raufqızı