Modern.az

Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi

Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi

Dünya

30 Avqust 2024, 14:41

Hayk Tutuncyan Avrasiya İqtisadi Komissiyasının Energetika Departamentinin direktor müavini təyin edilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər məlumat yayıb.

 

Əvvəllər o, qurumun Nəqliyyat və İnfrastruktur Departamentinin direktor müavini vəzifəsində çalışıb.

 

Tutuncyan karyerasına Ermənistan baş nazirinin köməkçisi kimi başlayıb (2011-2014-cü illər).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu