Modern.az

Rusiyalıların Qərb ölkələrində bloklanan aktivlərindən XƏBƏR VAR

Rusiyalıların Qərb ölkələrində bloklanan aktivlərindən XƏBƏR VAR

Dünya

30 Avqust 2024, 14:59

Rusiya sərmayədarlarının Qərb ölkələrində bloklanan aktivlərinin geri alınması oktyabrın ortalarına qədər uzadılacaq.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya maliyyə nazirinin müavini İvan Çebeskov bildirib.

 

Aktivlərin mübadiləsinin təşkilatçısı kimi çıxış edən “İnvestisiya Palatası” brokeri avqustun ortalarında aktivlərin geri alınması üzrə hesablaşmaların birinci mərhələsinin başa çatdığını elan edib.

 

Aktivlərin mübadiləsi Rusiya prezidentinin 8 noyabr 2023-cü il tarixli fərmanı çərçivəsində həyata keçirilir. Rusiyanın fərdi investorlarına - broker və idarəetmə şirkətlərinin müştərilərinə 100 min rubl məbləğində dondurulmuş xarici aktivləri satmaq imkanı verilib. İyul ayında İnvestisiya Palatası artıq ödəniş müddətini avqust ayına qədər uzadıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama