Zərdab rayonunda Məlikmudlu kanalı təmir ediləcək.
Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zərdab Suvarma Sistemləri İdarəsi Məlikumudlu kanalının beton üzlüyə alınması və üzərindəki hidrotexnik qurğuların təmiri üzrə satınalma elan edib.
Layihənin icrasına tələb olunan vəsait 371 min manat qiymətləndirilib.
Layihə çərçivəsində kanalın 950 metr uzunluğunda olan hissəsi beton üzlüyə alınacaq.
Layihə suvarmada su itkilərin azaldılması məqsədilə həyata keçirilir