Yevlaxda yoldaşını öldürməkdə təqsirləndirilən Mətləb Şükürovun işi üzrə ibtidai istintaq başa çatıb.
Modern.az xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Tural Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, hazırlıq iclası 11 sentyabr saat 14:15-ə təyin edilib