Kiyevdəki Avropa meydanında etiraz edənlərin dağıdılması və Prezident Administrasiyasına hücum zamanı 30 nəfər yoxa çıxıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu gün səhər saatlarına itkin düşənlərin siyahısında 33 nəfərin adı olub. Yoxa çıxanlar arasında 18 yaşına qədər qızlar və fəallar da var. Amma itkin düşənlər də haqda tam məlumat yoxdur. Deputat Lesya Orobes özünün Facebook səhifəsində 34 nəfərin yoxa çıxdığını yazıb.
Modern.az