Modern.az

"Memar Əcəmi" yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı

"Memar Əcəmi" yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı

Aktual

30 Avqust 2024, 19:51

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.

 

O qeyd edib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.

 

"Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb", - deyə məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu