Modern.az

Ukrayna Kurskda 2 kilometr irəliləyib 

Ukrayna Kurskda 2 kilometr irəliləyib 

31 Avqust 2024, 00:17

Ukrayna qoşunları Kursk vilayətində keçirilən əməliyyat çərçivəsində sutka ərzində bəzi istiqamətlərdə 2 km irəliləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qərargahın iclasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

 

“Kursk istiqamətində hücum əməliyyatı davam edir. Bir sutka ərzində müəyyən istiqamətlərdə qoşunlarımız iki kilometrədək irəliləyərək 5 kvadratkilometr ərazini nəzarətə götürüb”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, bütün cəbhə xətti boyunca döyüşlər gedir, ən çətin vəziyyət Rusiya qoşunlarının Ukrayna müdafiəsini yarıb keçməyə çalışdığı Pokrovski istiqamətindədir

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama