Modern.az

Helikopter qəzasında 2 nəfər öldü

Helikopter qəzasında 2 nəfər öldü

31 Avqust 2024, 08:40

Portuqaliyada yanğınsöndürmə əməliyyatlarında istifadə edilən helikopter qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Lusa” agentliyi məlumat yayıb.

 

Hadisə nəticəsində iki nəfər ölüb.

 

Bildirilib ki, helikopter çaya düşüb. Helikopterin içərisində ölkənin Milli Qvardiyasının iki hərbçisinin meyiti tapılıb. Agentlik sonra daha iki hərbçinin meyitinin tapıldığını bildirib. Daha bir nəfər itkin düşmüş sayılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama