Modern.az

Keçmiş prezident: “Ukrayna inqilabının gedişini yaxın 48 saatda həll etmək olar”

Keçmiş prezident: “Ukrayna inqilabının gedişini yaxın 48 saatda həll etmək olar”

4 Dekabr 2013, 16:51

Kiyevdəki Avropa meydanının iştirakçıları etiraz dinamikasını saxlamalıdır ki, prezident Viktor Yanukoviçin güşətinə nail ola bilsinlər. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski deyib. Onun fikrincə, Ukraynada inqilabın gedişi 48 saata həll olunmalıdır:

“Əgər inteqrasiya tərəfdarları qətiyyətli olarlarsa, etiraz dinamikasını saxlaya bilərlərsə, onda Yanukoviç güzəştə getməyə başlayacaq, bu və ya digər naziri, mümkündür ki, hətta baş naziri də işdən çıxarmağa razılaşacaq.  Etirazlar səngiyəcəyi halda isə o güc tətbiq edəcək”.

Keçmiş prezidentin fikrincə, Yanukoviçin situasiyanı həll etmək üçün öz olanı yoxdur: “Onun bir məqsədi var: sabitliyi bərpa etmək və özünün 2015-ci ildə yenidən seçilməsini təmin etmək”.

Kvasnevski yaxın müddətdə Kiyevə gəlməyə hazırlaşır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU