Modern.az

Səlim Müslümov şikayətçilərə görə Siyəzənə gedir

Səlim Müslümov şikayətçilərə görə Siyəzənə gedir

4 Dekabr 2013, 18:01

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 6-da saat 10:00-da Siyəzən rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Siyəzən rayonuna aparılıb gətirilmələri təmin ediləcək. Nazirlikdən bildirilib ki, v ətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə  aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:  

Nazirliyin Aparatında  (012) 541 98 05,   
Rayonlar üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərində:  
Quba - (023-33) 5-39-79;
Qusar - (023-38) 5-25-43; 5-33-45.
Xaçmaz - (023-32) 3-34-11; 5-38-73.
Şabran - (023-35) 3-27-92; 3-24-81.
Siyəzən - (023-30) 4-06-34;
Xızı - (023-31) 5-02-18; 5-02-18.      

Modern.az 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır