Modern.az

Ucarda mikroavtobus aşdı - Yaralanan var

Ucarda mikroavtobus aşdı - Yaralanan var

Hadisə

2 Sentyabr 2024, 08:50

Ucarda mikroavtobus aşıb, yaralanan var.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin girəcəyində, yanacaq doldurma məntəqəsinin yaxınlığında baş verib.

 

İdarəetməni itirən kiçik yük tutumlu mikroavtobus aşıb. Müxtəlif bədən xəsarətləri alan maşının sürücüsü 2000-ci il  təvəllüdlü Ağdam rayon sakini Əvəzli Nurlan Səyyad oğlu təcili xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB