Modern.az

Qazaxıstan AES tikintisi qərarını xalqla məsləhətləşir - Referendum tarixi...

Qazaxıstan AES tikintisi qərarını xalqla məsləhətləşir - Referendum tarixi...

Dünya

2 Sentyabr 2024, 11:44

Qazaxıstanda prezident Kasım-Jomart Tokayev atom elektrik stansiyaları ilə bağlı referendumun tarixini açıqlayıb.

 

Modern.az xəbər verir ki, ümumxalq səsverməsi oktyabrın 6-da keçiriləcək. 

 

Tokayev nüvə enerjisi zərurətini “qlobal enerji çatışmazlığının” artması və Qazaxıstanın “etibarlı və təmiz enerji mənbələrinə” təcili ehtiyacı ilə əlaqələndirib.

 

Hökumət gələcəkdə bir yox, 3 atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir.

 

"Tikinti üçün əlverişli ərazilər arasında Balxaş gölünün sahili, Kurçatov və əvvəllər Qərbi Qazaxıstanda orta elektrik stansiyasının işlədiyi sahə var", - ölkənin energetika naziri Almasadam Satkaliyev qeyd edib.

 

2023-cü ildə Qazaxıstanın Energetika Nazirliyi 4 şirkətin ölkədə atom elektrik stansiyalarının tikintisi üçün ən çox ehtimal olunan namizədlər arasında olması barədə məlumat yayıb. Söhbət Çinin CNNC korporasiyası, Cənubi Koreyanın KHNP, Fransanın EDF və Rusiyanın "Rosatom" şirkətindən gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama