Modern.az

Kənd təsərrüfatı məhsullarının satışı üzrə rentabellik azalıb

Kənd təsərrüfatı məhsullarının satışı üzrə rentabellik azalıb

İqtisadiyyat

2 Sentyabr 2024, 12:30

Dövlət Statistika Komitəsi 2023-cü il üzrə kənd təsərrüfatı məhsullarının satışı üzrə  rentabellik göstəricilərini açıqlayıb.

Modern.az xəbər verir ki, ötən il bitkiçilik məhsullarının satışında rentabellik 35,6 faiz, heyvandarlıq məhsulları üzrə 21,8 faiz təşkil edib.

Bir il əvvəllə müqayisədə bitkiçilik məhsullarının satıəşı üzrə gəlirlilik 16 faiz bəndi, heyvandarlıq məhsulları üzrə 2 faiz bəndi azalıb.  

Ən yüksək gəlirlilik kartof  satışında qeydə alınıb - 214 faiz.

Tərəvəz məhsulları üzrə 76 faiz, meyvə tərəvəz üzrə 54 faiz, bostan məhsulları üzrə 38 faiz, çəltik üzrə 29 faiz  gəlirlilik olub.

Ən aşağı rentabellik şəkər çuğunduru satışında  qeydə alınıb – 0,7 faiz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi