Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kiyevdə ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadan olan həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üçün münaqişə zonasında gərginliyin azaldılamsının vacib olduğunu vurğulayıblar.