Modern.az

Milli Məclis nəhayət başıbəlalı qanun layihəsini müzakirəyə çıxarır

Milli Məclis nəhayət başıbəlalı qanun layihəsini müzakirəyə çıxarır

5 Dekabr 2013, 11:54

Uzun müddətdir gündəmdə olan “Elm siyasəti haqqında” qanun layihəsi dekabr ayında yenidən müzakirə ediləcək.

Qeyd edək ki, dəfələrlər müzakirə olunan “Elm siyasəti haqqında” qanun layihəsi bəzi mübahisəli müddəalarına görə Milli Məclisin gündəliyindən çıxarılmışdı. 

Hələ 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Bu siyahıda ilk növbədə “Elm siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Orta təhsil haqqında” qanun layihələri vardı. 

Ötən müddət ərzində dəfələrlə bu sənədlərlə bağlı müzakirələr aparılıb. 4 ildir ki, hər sessiyanın başlanğıcında “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də, sessiyanın sonunda qanunun müzakirə olunması məsələsinin tam əksinin şahidi olmuşuq. 

Artıq qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır. Bu barədə Modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.  O, bildirib ki, qanun Milli Məclisin dekabr ayındakı sessiyasında müzakirə olunacaq.

Ş.Hacıyev qeyd edib ki, bu sənəd elm sahəsində vahid və hərtərəfli qanunverici baza olacaq.

Qeyd edək elm sahəsində çalışanlar uzun müddətdir bu qanun layihəsinin nəhayət qəıbul olunacağını səbirsizliklə gözləyirlər.

“Elm siyasəti haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirir. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq.
Bu sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapır. 

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...