Modern.az

Daşkənddə 2 beynəlxalq təşkilatın TƏDBİRİ

Daşkənddə 2 beynəlxalq təşkilatın TƏDBİRİ

Dünya

3 Sentyabr 2024, 11:54

Sentyabrın 4-5-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturunun 10-cu beynəlxalq elmi-praktik konfransı və Müstəqil Dövlətlər Birliyinin (MDB) terrorizm və ekstremizmə qarşı mübarizə üzrə 2-ci konfransı keçiriləcək.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu tədbirlərdə ŞƏT və MDB ölkələrindən, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizə problemlərinin öyrənilməsi ilə məşğul olan təhsil və elmi-analitik təşkilatların nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

 

Konfranslarda həmçinin Birləşmiş Millətlər Təşkilatının, MDB-yə üzv dövlətlərin Terrorla Mübarizə Mərkəzinin, İnterpolun, Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Avrasiya Qrupunun (EAG), Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin nümayəndələri iştirak edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu