Rüstəm İbrahimbəyova məxsus “İbrus” kino şirkəti Vergilər Nazirliyini məhkəməyə verib. Modern.az-ın əldə etdiyi məlumata görə, kinoşirkətin Vergilər Nazirliyi ilə çəkişməsi uzun müddətdir ki, davam edir.
Bu gün isə “İrbus”un qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Prosesə vəkillik edən Fuad Ağayev Modern.az-a bildirib ki, kino şirkəti ilə bağlı aşağı instansiya məhkəmələrinin verdikləri qərarlar dəyişdirilmədən saxlanılıb.
“İddialarımız təmin olunmadı. Vergilər Nazirliyi kino şirkətində yoxlamalar aparıb. Qanuna zidd olaraq bir sıra vergi hesablayıb, maliyyə sanksiyaları tətbiq ediblər. Biz də Vergilər Nazirliyinin Audit Departamentinin qərarının ləğv olunması ilə bağlı məsələ qaldırmışdıq. Amma iddiamız təmin olunmadı”, – deyə Fuad Ağayev bildirib.
Gültəkin ƏLƏSGƏR