“Berkut” xüsusi təyinatlılarının Ukrayna paytaxtındakı bazasını kiyevlilər öz avtomobilləri ilə mühasirəyə alıblar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, onlar siqnal verərək xüsusi təyinatlıların avtobuslarının bazadan kənara buraxmırlar. Digər məlumata görə, Vasilyovkadakı hərbi hissəni isə insanlar mühasirədə saxlayırlar. Bu addımı atanlar Krımdan gətirilən 30-dan çox avtobusdakı qüvvələrin Avropa meydanına göndəriləcəyindən ehtiyat edirlər.
Modern.az