Modern.az

Milli Şuranın keçmiş üzvü Rüstəm İbrahimbəyovu təriflədi

Milli Şuranın keçmiş üzvü Rüstəm İbrahimbəyovu təriflədi

5 Dekabr 2013, 16:14

“Milli Şuradakı vəziyyət ortadadır. Ümumiyyətlə, Rüstəm İbrahimbəyovla münasibətim çox yaxşıdır. Onun namizədliyi irəli sürüləndə tərəddüd edirdim, amma sonradan onun proseslərdə aktiv iştirakı mənə müsbət mənada təsir etdi”. Bunu Modern.az-a açıqlamasında Milli Şuradan istefa vermiş, “Xalq arzusu” Hərəkatının yaradıcısı Asəf Quliyev deyib. O bildirib ki, R. İbrahimbəyov demokratik mühitin yaradılması üçün çox çalışıb: “Ziyalının önə keçib, millət qarşısında getmək istəməsi təqdirəlayiq haldır. Bəzən deyirdilər ki, siyasi proseslərə ziyalılar yaxın gəlmir. Rüstəm müəllim gəldi və o, müdafiə olunmalı idi. Onun Milli Şuranın sədrliyindən getməsi yaxşı hal deyil. Ötən ay onun sədrliklə bağlı açıqlaması da olmuşdu. Rüstəm müəllimin sədr kimi qalması Milli Şura üçün geniş imkanlar açırdı. Onun Milli Şuranın sədrliyindən getməsinə təəssüf edirəm. Səbəblərini deyə bilmərəm”.

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri seçilməsinə münasibət bildirən A.Quliyev deyib ki, Rüstəm İbrahimbəyovun sadə üzv kimi fəaliyyət göstərməsi doğru olmazdı.

 

  İlkin PİRƏLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır