Modern.az

Bakıda Britaniya filmləri festivalı

Bakıda Britaniya filmləri festivalı

5 Dekabr 2013, 16:24

Böyük Britaniya səfirliyi, Britaniya Hava Yolları və “28 Cinema” ilə birgə Azərbaycanda ilk Britaniya Film Festivalı keçiriləcək. Modern.az xəbər verir ki, festivalın rəsmi açılışı dekabrın 6-da baş tutacaq və festival 7-11 dekabr tarixlərində davam edəcək.

Festival müddətində bütün filmlər ingilis dilində səslənəcək və 6 günlük festivalda Böyük Briyaniya istehsalı olan filmlər nümayiş olunacaq: “The Selfish Giant”, “Saving Santa”, “Diana”, “Now is Good”, “The World’s End”, “Suspension of Disbelief”, “The Double, and About Time”. Britaniya Film Festivalı Böyük Britaniya səfirliyinin Azərbaycanda 20 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirlər silsiləsinə daxildir və Azərbaycan ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişaf etdirilməsində yeni bir addım olacaq. Festivalın açılışı “28 Cinema”ın 3-cü zalında (28 Mall, Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində) baş tutacaq.

Tədbirdə Böyük Britaniya səfirliyinin Azərbaycan üzrə direktoru Elizabet Uayt və Britaniya Hava Yollarının regional direktoru Mayk Rok çıxış edəcəklər. Tədbirin sonunda mətbuat nümayəndələri üçün sual-cavab sessiyası təşkil olunacaq.

 

  Gültəkin  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır