Ukrayna müxalifəti dinc aksiya keçirənləri döyənlər istefaya gedənə və cəzalana qədər hakimiyyətlə heç bir danışığa getməyəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bunu “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk bu gün keçirilən brifinqdə bəyan edib. Onun sözlərinə görə, indiki siyasi böhran parlamentlə bağlı deyil: “Bu Ukraynanın ümumi və iqtisadi böhranıdır, ona görə parlament yolu ilə həll etmək mümkün deyil. Qərarlar burada qəbul olunmur”.
Yatsenyuk xatırladıb ki, keçmiş baş nazir Yuliya Timoşenkonun azadlığa buraxılması və Avropa Birliyinə assosiativ üzvlüklə bağlı sazişin imzalanması məsələsinin həllinə parlamentdə cəhd ediblər: “Regionlar Partiyasının heç bir üzvü Ukrayna Ali Radasının divarları arasında heç nəyi həll etmir”.Fraksiya lideri bir daha xatırladıb ki, əsas tələbləri növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir.
Modern.az