Gürcüstanda həbsxanada olan bir neçə nəfər aclıq elan edərək “oğru aləmi”nə daxil olanlara qarşı cinayət məsuliyyətinin tətbiqinin ləğvini tələb ediblər. Modern.az saytı Gürcüstan KİV-nə istinadən bildirir ki, onlar Gürcüstan Cinayət Məcəlləsinin 223-1 maddəsinin ləğvinə nail olmaq istəyirlər. Cəzaların icrası üzrə nazir Sozar Subari isə deyib ki, bu maddə ləğv olunmayacaq: “Oğru dünyası”na qarşı mübarizə daha sərt aparılacaq. Gürcüstanda oğrular yerləri haradırsa, orada olacaqlar. Ölkədən kənarda harada istəyirlər gəzsinlər”.
Modern.az