Modern.az

VAZ işıq dirəyinə çırpıldı - Yaralılar var 

VAZ işıq dirəyinə çırpıldı - Yaralılar var 

4 Sentyabr 2024, 20:49

İmişli rayonunda minik avtomobilinin işıq dirəyinə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün saat 18 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobili idarəetmədən çıxaraq dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər - Abbasov Ümüd Namiq oğlu və Fətullayev Orxan Vüqar oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB