Modern.az

Şamaxıda iki nəfər bıçaqlandı

Şamaxıda iki nəfər bıçaqlandı

5 Sentyabr 2024, 09:48

Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB