ATƏT Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov bu ölkənin baş naziri Nikolay Azarov ilə görüşüb. Musavat.com yazır ki, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Modern.az