Modern.az

ABŞ rəsmisindən prezidentlərə Qarabağ çağırışı

ABŞ rəsmisindən prezidentlərə Qarabağ çağırışı

5 Dekabr 2013, 20:15

ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri ikiqat artırmağa çağırıb. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Departament yetkilisi belə bir çağırışı Kiyevdə ATƏT Xarici İşlər Nazirlərinin Şurasının 20-ci sessiyasında etdiyi çıxışı zamanı deyib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Nuland həll olunmamış konfliktlər mövzusuna toxunaraq deyib: “Gəlin səylərimizi Gürcüstan və Moldovaya kömək üçün, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə ikiqat artıraq”.

Viktoriya Nuland həmçinin, Azərbaycan və Ermənistan prezidentləri arasında “möhkəm sülhə inamın bərpa” mənbəyi kimi dialoqu dəstəkləməyə çağırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır