Modern.az

Azərbaycan paraüzgüçüsü finala yüksəldi

Azərbaycan paraüzgüçüsü finala yüksəldi

İdman

5 Sentyabr 2024, 12:40

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

 

Modern.az-ın məlumatına görə, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

 

O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

 

Final bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.

 

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu