Azərbaycan Kommunist Partiyasi yanacağın bahalaşması ilə bağlı Bəyanat qəbul edib.
Bəyanatda deyilir: Azərbaycan hökuməti xaıqın sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə oliqarxların mənafeyini dəsdəkləməkdə davam edərək, onların maraqlarına xidmət etməkdədir.
Məmurlar və hüquqlarının qorunmasını öhdələrinə götürən millət vəkilləri xalqın rifahı naminə çalışacaqlarına dair verdikləri ağız dolusu ”şirin” vədlərinə baxmayaraq, yaşayış imkanlarına birbaşa təsir göstətən yanacağın, Avropa stan-dartlarına keçmədən artırılmasına imkan verməsi xalq qarşısında onların məsuliyyətsizliyinə dəlalət edərək, heç də biganəlık göstərməkdən usanmırlar!? Bu hal əlbətdə ki, bazar iqtisadiyyatı qanunları ilə inkişaf edən cəmiyyətdə az təminatlı əhalinin onsuz da çətin olan yaşam imkanlarına ağır zərbədir və dözülməz olacaqdır.
2013-cü il Prezident seçkilərindən sonra xalqın rifahına çalışacağına and içən dövlət başçısının ona etimad göstərib, inanan xalqın vətənin təbii sərvətlərindən istifadə etmək haqda Konstitutsion hüquqlarının pozulmasına imkan verməsi , anlaşılmazlıq yaradır.
Qiymət qaldırma prosesinin Tarif Şurası adlanan qurumun ixtiyarına vermək və bir qrup dövlət qurumunun müraciətini əsas götürmək heç də inandırıcı görsənmir. Məgər neft məhsullarından əldə olunan milyardlardan həmin qurumların əmək haqqlarının qaldırılmasına vəsait ayrıla bilinməzmi? Bunun onsuz da səfalətdə olan xalqın hesabına edilməsi nə dərəcədə məqsədə uyğundur? Bu qurum prezident andına niyə naxələflik edir?
Özünü xalqın partiyası adlandıran iqtidar partiyası- YAP niyə vədlərinə əməl etmir və partiya üzvlərinin bu hərəkətlərini qiymətləndirmir? Əksinə bəzi partiya funksio-nerləri bu hərəkətlərə dəstək verirlər.
Çox yəqin ki, yanvardan (2014-cü il) Avro-3 yanacağa keçilməsi ilə bağlı qiymətlər yenə də artılaraq, xalqı aldatmaq və onun tolerantlığından sui-istifadə etmək kimi qiymətləndirilməlidir!
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi qətiyyətlə etirazını bildirir və tələb edir:
-xalqın Konstitutsion hüquqlarının bərpası ilə bağlı tədbir görülsün
-Tarif şurasının qərarına yenidən baxılması istiqamətində Nazirlər Kabineti qərar versin
-Dövlət başçısı ona göstərilən xalq etimadını doğrultsun və bu vəziyyəti yaradanlara qarşı tədbirlər görsün
Xalqın mənafelərinə uyğun olmayan bu cür siyasətə son qoyulmalıdır!!!
AKP MK-nın 1-ci katibi Telman Nurullayev".
Modern.az