Modern.az

Timoşenko mitinq edənlərə məktub göndərib

Timoşenko mitinq edənlərə məktub göndərib

6 Dekabr 2013, 09:03

Ukraynanın eks baş naziri Yuliya Timoşenko Maydanda etiraz edən ölkə vətəndaşlarına nümayişi müsbət sonluqla başa vurmaq üçün plan göndərib. ANS PRESS-in “newsru.com” saytına istinadən verdiyi xəbərə görə, bu informasiya Yuliya Timoşenkonun saytında yayılıb. 

Timoşenkonun fikrincə, müxalifətin üzərinə çox böyük missiya düşüb: “Mənə qulaq assalar, qan tökülməsinin qarşısı alınacaq. Bizim istəyimiz sülh yönümlüdür və legitimdir. İnanıram ki, budəfəki etiraz qələbə ilə sonuclanacaq. Qələbə çalmaq üçünsə konkret planlarımı müxalifət liderlərinə göndərmişəm, yəqin onlar mənim yazdıqlarımı diqqətlə oxuyub nəticə çıxaracaqlar”.

Xatırladaq ki, sabiq baş nazir Yuliya Timoşenko etirazçılara dəstək olmaq üçün noyabr ayının 25-dən həbsxanada aclıq aksiyasına başlayıb.     Bu arada RİA-Novosti agentliyi Kiyevin “Müstəqillik meydanı”nda davam edən nümayişin “Berkut” xüsusi təyinatlı dəstə tərəfindən dağıdılacağı barədə xəbər yayıb. Bu informasiyanı nümayiş təşkilatçılarından biri deyib. O, həmçinin vurğulayıb ki, bu informasiya yalan da ola bilər və çox böyük ehtimalla nümayişçilər arasında vahimə yaratmağa xidmət edir. 

Maydanda çıxış edənlər nümayişçiləri heç bir provakasiyaya uymamağa çağırıblar.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır