Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.
Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə (APA), bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib. Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.
Modern.az