Modern.az

Ermənistan məktəblərində rus dili əsas fənn hesab olunmayacaq

Ermənistan məktəblərində rus dili əsas fənn hesab olunmayacaq

Dünya

6 Sentyabr 2024, 10:24

Ermənistanda məktəblərdə bu ildən başlayaraq rus dili əsas dil əvəzinə xarici dil statusuna keçirilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin yeni sirkulyarına əsasən, artıq hər bir məktəb xarici dillər arasında öz saatlarını bölüşdürmək hüququna malikdir.

 

Qeyd olunub ki, Rus Evi problemdən narahatdır, lakin nazirliyin qərarlarını şərh edə bilmir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...