Modern.az

Deputat Leyla Abdullayeva seçiciləri ilə görüş keçirdi

Deputat Leyla Abdullayeva seçiciləri ilə görüş keçirdi

Təhsil

6 Dekabr 2013, 11:12

Deputat Leyla Abdullayeva seçildiyi Sumqayıt şəhər 41 saylı dairədə yerləşən məhəllələrdə yaşayan bir qrup ictimai aktiv sakinlə görüş keçirib. Milli Məclisin deputatı  seçicilərlə söhbət zamanı  prezident  İlham Əliyevin ölkə və Sumqayıt  üçün gördüyü işlərdən danışıb, onun alternativsiz lider olduğunu bildirib. Deputat köməkçisinin Modern.az-a verdiyi məlumata görə görüşdə seçicilər onları narahat edən problemləri səsləndirməklə yanaşı, öz təklifləriylə də çıxış ediblər. Seçicilərin müraciət və şikayətləri dinlənilib, üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq təşəbbüslərin olacağı bildirilib. Təklifləri dinləyən millət vəkili, onların müraciətlərini aidiyyatlı qurumlara ünvanlayacağını bildirib. Qaldırılan problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.


Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?