Modern.az

Əməkdar artistin “Oda” teatrı “Zirzəmi”dən çıxmayacaq

Əməkdar artistin “Oda” teatrı “Zirzəmi”dən çıxmayacaq

6 Dekabr 2013, 11:36

“Oda” teatrı “Zirzəmi”dəki fəaliyyətini davam etdirəcək. Bunu teatrın rəhbəri, əməkdar artist İlqar Cahangir bildirib:
““Zirzəmi” ilə bağlı baş verən problemdə bizə dəstək olan həmkarlarıma, dostlarıma, yanımızda olub-olmayan hər kəsə, hətta ürəyində belə heyifslənən insanlara, hamınıza minnətdaram. Çox sağ olun ki, varsınız! Sizlərin dəstəyi ilə “Zirzəmi”də fəaliyyətimiz davam edir. Qarşıda yeni tamaşalarla görüşənədək”.

Qeyd edək ki, “Oda”ya dekabrın 1-dən Topçubaşov küçəsi 40 ünvanında yerləşən zirzəmidə fəaliyyətini dayandırması üçün xəbərdarlıq edilmişdi. Teatrın aktyorları isə polisdə ifadə verməli olmuşdu.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır