Modern.az

Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

Bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ

6 Sentyabr 2024, 21:13

Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub. 

 

Modern.az xəbər verir ki, bu barədə Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

 

İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.

 

***

19:49

Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB