Ermənistanın keçmiş xarici işlər naziri, “Çiçəklənən Ermənistan”ın üzvü Vardan Oskanyan yaxın zamanda bu partiyanı tərk edərək yeni siyasi təşkilata yarada bilər. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, o, yeni partiyaya Avropaya inteqrasiya tərəfdarlarını toplayacaq. Şayiələrə görə, bu, Gömrük İttifaqına qoşulmağa tələsən Ermənistan hakimiyyəti üçün sərfəli qərar ola bilər. Belə ki, hakimiyyət bununla bir güllə ilə iki dovşan vurmalı olacaq: bir tərəfdən ölkədə balans təmin olunacaq, digər tərəfdən bu addımla “Çiçəklənən Ermənistan” tarixin arxivinə gedəcək.
Modern.az