Modern.az

ADY onlayn bilet sistemini təkmilləşdirib - VİDEO

ADY onlayn bilet sistemini təkmilləşdirib - VİDEO

Aktual

6 Sentyabr 2024, 21:22

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) onlayn bilet satışını təkmilləşdirib.

 

Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

 

Bildirilib ki, ADY-nin rayonlararası (şəhərlərarası) marşrutları ilə səfər edərkən biletin onlayn rəsmiləşdirilməsi zamanı hərəkətdə olacaq qatarın növü (sürətli və ya sürət qatarı) açılan səhifədə göstərilir.

"Qeyd olunan məlumat pəncərənin sol tərəfində, marşrutun adının yuxarı hissəsində “Stadler” və ya “Ekspress” formasında əks olunur", - məlumatda vurğulanıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir