Modern.az

Yerevandakı sammitə Azərbaycandan kim gedəcək? - XİN-dən AÇIQLAMA

Yerevandakı sammitə Azərbaycandan kim gedəcək? - XİN-dən AÇIQLAMA

6 Dekabr 2013, 11:54

“Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycanı kimin təmsil edəcəyini tədbirə bir-iki gün qalmış açıqlanacaq”. Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

XİN rəsmisi bildirib ki, hələlik bu haqda mətbuata açıqlama verilmir.

Qeyd edək ki, Dekabrın 12-də Yerevanda  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Türkiyə və Azərbaycan XİN rəhbərləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov təşkilatın üzv dövlətlərinin  XİN rəhbərlərinin Yerevanda keçiriləcək görüşünə dəvət olunublar. Artıq Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun sammitə qatılacağı dəqiqləşib.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır