Modern.az

Azərbaycan Paralimpiya Oyunlarında daha bir medal qazandı

Azərbaycan Paralimpiya Oyunlarında daha bir medal qazandı

7 Sentyabr 2024, 12:33

Azərbaycan komandası Parisdə keçirlən Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Modern.az xəbər verir ki, Azərbaycan paraatleti Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda finiş xəttinə ikinci çatıb və gümüş medala sahib olub.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı səkkizə (3 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

Qeyd edək ki, L.Vəliyeva bir neçə gün öncə 100 metr məsafəyə qaçışda Paralimpiya çempionu olmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI