Modern.az

Tələbələr qiymət artımı haqda: “Təqaüd 10, benzin 30 faiz qalxırsa...” – Sorğu

Tələbələr qiymət artımı haqda: “Təqaüd 10, benzin 30 faiz qalxırsa...” – Sorğu

6 Dekabr 2013, 11:57

Modern.az Tarif Şurasının qərarı ilə yanacaq qiymətinin qalxmasına ən zəif sosial təbəqələrdən biri olan tələblərin münasibətini öyrənib

Ülkər Balakişiyeva: “1-2 ay əvvəlcədən təmtəraqlı surətdə təqaüdü qaldırdılar. Cəmi onca faiz. İndi isə benzinin qiymətini 30 faiz qaldırdılar. Bu, haqsızlıqdır. Onsuza da təqaüdün hamısı yollarda qalır, çatmır kitab almaq üçün. Sərgiləri gözləmək məcburiyyətində qalırıq, dərslik kitabları da kseroks edirik ki, axır büdcəmiz ödəsin. Yəqin, avtobusların gediş haqqı da qalxacaq”.

 Ülkər Natiqqızı: “Bu yaxşı hal deyil, benzinin qalxması nəqliyyatın qiymətinin artması deməkdir və dünəndən bəzi avtobuslar artıq pul almağa başlayıblar. Deyəsən, dərsə piyada getməli olacağıq”.

  

Günel Mürsəlli: “Təbii ki, qiymətlərin qalxmasına münasibətim pisdir. Yəqin ki, bundan sonra avtobusların, taksilərin də qiyməti qalxacaq. Bu da hər gün artıq qəpiklərim çıxacaq deməkdir”.


Aqşin Zamanov: “Məsələyə obyektiv yanaşsaq, əlbəttə ki, münasibətim yaxşı deyil. Yəni indiki vəziyyətdə qiymət artımını düzgün saymıram. Amma subyektiv olaraq onu deyə bilərəm ki, mənim yaşayışıma elə də ciddi təsir göstərməyib”.


Orxan Abdurahmanov: “Sözün düzü, bir çox insan kimi narazıyam. Neft ölkəsi olan Azərbaycanda, məncə, benzinin qiyməti düşməliydi, nəinki qalxmalı”.

 

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır