Modern.az

Mehriban Əliyeva Lamiyəni ikinci dəfə TƏBRİK ETDİ

Mehriban Əliyeva Lamiyəni ikinci dəfə TƏBRİK ETDİ

İdman

7 Sentyabr 2024, 13:46

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti uğuru – gümüş medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil