Modern.az

Samuxda qəza ölümlə nəticələndi

Samuxda qəza ölümlə nəticələndi

Hadisə

7 Sentyabr 2024, 23:25

Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Məlumata görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində "Lada" avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb.

 

Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarətlərdən ölüb.

 

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB