Modern.az

Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü 

Mirmahmud Mirəlioğlu yol qəzasına düşdü 

Hadisə

7 Sentyabr 2024, 23:56

Sentyabrın 7-si axşam saatlarında KXCP-nin sədri Mimahmud Mirəlioğlunun da olduğu avtomobil qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, Şirvan şəhərindən toydan Bakıya qayıdarkən yolda sürətlə şütüyən hərbi yük maşınının təkəri qəfildən qoparaq  arxadan gələn Mirmahmud Mirəlioğlunun olduğu avtomobilə dəyib.

 

Zərbə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sərnişinlərin heç biri xəsarət almayıb.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB