Ukrayna prezidenti Viktor Yanukoviç bu gün Çinə səfərdən qayıdır. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, o, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün yolüstü Soçidə dayanacaq.
Qeyd edək ki, Yanukoviçin Çinə səfəri üç gün çəkib. Səfərin yekunları ilə bağlı Ukrayna prezidenti bir sıra investisiya layihələrini razılaşdırsa da, kredit ala bilməyib.
Modern.az