Modern.az

Millət vəkili Müsavatın Milli Şurada qalmağını Rəsulzadənin ruhuna hörmətsizlik saydı

Millət vəkili Müsavatın Milli Şurada qalmağını Rəsulzadənin ruhuna hörmətsizlik saydı

6 Dekabr 2013, 12:57

Həm Azərbaycan, həm də Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu Milli Şurada Müsavat Partiyasının təmsil olunması cəmiyyətdə birmənalı qarşılanmır. Bununla bağlı millət vəkili, tarixçi professor Musa Qasımlı öz fikirlərini Modern.az saytına bildirib:

 “Azərbaycanın müstəqilliyinə son qoymuş və indinin özündə də müstəqil dövlətimizin güclü olmasını istəməyən, işğalçı Ermənistana yardım edən, hansı rejimin mövcudluğundan asılı olmayaraq bir ölkənin vətəndaşının və ya ikili vətəndaşlığı olan bir şəxsin fəxri sədri olduğu Milli Şurada Müsavat Partiyasının təmsil olunması müsavatçılıq ideyalarına zidddir. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin ruhuna hörmətsizlikdir. Fikrimcə, belə bir iştirak tarixi Müsavat ilə indiki Müsavat arasında bağlılığın nə qədər olub-olmamasına dair çoxlu suallar doğurur”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır